Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri müavinlərinin görüşü olub.
AZƏRTAC RF XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, fevralın 9-da Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.
Görüş zamanı ikitərəfli, regional və beynəlxalq gündəliyə dair aktual məsələlər müzakirə edilib. “Görüş ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri üçün səciyyəvi olan ənənəvi konstruktiv və səmimi şəraitdə keçib”, – deyə RF XİN-in məlumatında bildirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











