Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılması, azad edilmiş ərazilərdə aparılan minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə Türkiyə Respublikasından alınan müasir tələblərə cavab verən mühəndis texnikası və avadanlıqlarının bir hissəsi media nümayəndələrinə təqdim olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mühəndis-istehkam bölmələri tərəfindən müasir texnika və avadanlıqlardan istifadə etməklə ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri media nümayəndələrinə praktiki nümayiş etdirilib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun arsenalına qəbul olunan hərbi texnikaların dərindən öyrənilməsi və bacarıqla istifadə edilməsi məqsədilə hərbi qulluqçular üçün beynəlxalq kurslar təşkil olunub.
Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara müvafiq sertifikatlar təqdim edilib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










