
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Tea Axvlediani martın 20-də Marneulidə 2 Nömrəli məktəbində təşkil olunan Novruz şənliyində iştirak edib.
AZƏRTAC xəbər verir ki, nazir məktəbin kollektivinə hədiyyələr təqdim edib, Novruz bayramına həsr olunan sənət əsərlərindən ibarət sərgiyə baxıb.
Dövlət naziri Tea Axvlediani çıxış edərək şagirdləri, müəllimləri və valideynləri Novruz bayramı münasibətilə təbrik edib, onlara həyatda və təhsildə uğurlar arzulayıb.
Dövlət naziri ölkədəki mədəni müxtəlifliyin qorunub saxlanılmasında, mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsində gənclərin rolundan danışıb, vətəndaş bərabərliyi və inteqrasiya prosesində onların fəal iştirakının vacibliyini vurğulayıb.
O deyib: “Mən dövlət naziri olaraq etnik azərbaycanlıların belə bayram şənliyində ilk dəfə iştirak edirəm. Bizə əziz və doğma olan Azərbaycanlı vətəndaşlarımızı həyatın yenilənməsinin, baharın gəlişinin, təbiətin oyanmasının təntənəsi olan Novruz münasibətilə təbrik etmək mənim üçün böyük şərəfdir”.
Tea Axvlediani bildirib ki, Gürcüstanın etnik və mədəni müxtəlifliyi ölkənin milli sərvəti və güc mənbəyidir. Ölkəmizdə yaşayan etnosun mədəniyyəti və ənənələri Gürcüstanın ümumi mədəniyyətinin vacib bir hissəsidir. Etnik azlıqların mədəni şəxsiyyətinin qorunması, təqdimatı və dəstəklənməsi, həqiqətən dövlət baxışının və siyasətinin vətəndaş inteqrasiyasına doğru əsas təməl daşlarından biridir”.
Sonra şagirdlərin ifasında Azərbaycanın və Gürcüstanın xalq mahnı və rəqsləri səsləndirilib.
Dövlət naziri Novruz bayramı münasibətilə hazırlanmış şirniyyatların dadına baxıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










