
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonu, Giləzi qəsəbəsinin yaxınlığında açıq sahədə sursat aşkar olunması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında aprelin 17-də nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu əraziyə cəlb olunub.
Pirotexniklər polis əməkdaşları ilə birgə ərazidə zəruri təhlükəsizlik tədbirləri gördükdən sonra aşkar olunmuş sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, 1 ədəd BM-21 “Qrad” mərmisidir.
Sursat pirotexniklər tərəfindən götürülüb Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mərkəzi məhvetmə ərazisinə daşınaraq müvafiq qaydada zərərsizləşdirilib.
Təkrar baxış zamanı sursatın tapıldığı ərazidə digər şübhəli əşya aşkar edilməyib.
Qeyd edək ki, aşkar olunan mərminin 2017-ci il avqustun 27-də Müdafiə Nazirliyinə məxsus N saylı hərbi hissənin silah-sursat anbarında baş vermiş partlayışla müşayiət olunan yanğın zamanı əraziyə düşdüyü ehtimal edilir.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











