Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 31-də Pakistan İslam Respublikasına səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, paytaxt İslamabadın “Nur Xan” hava limanında Azərbaycanın nümayəndə heyətini Pakistan Senatının sədr müavini Məhəmməd Mirzə Afridi, Milli Assambleyanın üzvü, Millətlər Birliyi Qadın Parlamentarilərin sədri xanım Şahdana Gulzar Xan, ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə və digər rəsmi şəxslər qarşılayıblar.
İyunun 1-də nümayəndə heyətinin üzvləri İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransına qatılacaqlar.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










