
İtaliyanın “Yaşasın İtaliya” partiyasının üzvü, senator Mauro Mario Marino Kəlbəcərdə mina partlaması nəticəsində azərbaycanlı jurnalistlərin həlak olması ilə bağlı öz sosial media hesabında paylaşım edib.
AZƏRTAC xəbər verir ki, senator öz paylaşımında Dağlıq Qarabağın azad edilməsindən sonra sülh və təhlükəsizliyin təmin edilməsinin mühümlüyünü vurğulayıb. Bildirib ki, bu, mülki əhalinin öz torpaqlarına və normal həyatlarına geri dönə bilməsi məqsədinə xidmət etməlidir.
Senator qeyd edib ki, beynəlxalq ictimaiyyət Azərbaycanı dəstəkləməli və Ermənistan ordusunun Azərbaycan ərazilərində yerləşdirdiyi minaların xəritəsini təhvil verməsini, eləcə də beynəlxalq müqavilələrə əməl olunmasını tələb etməlidir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










