“Dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı törədilmiş kütləvi terror da var”
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə SSRİ prezidenti Mixail Qorbaçovu beynəlxalq məhkəməyə verməyə çağırıb.
APA-nın məlumatına görə, bu barədə Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 20 Yanvar şəhidlərinin yaxınları ilə görüşdə deyib.
Şeyxülislam bildirib ki, 20 Yanvar hadisələri Sovet rəhbərinin göstərişi ilə Azərbaycanın xalqın azadlıq hissini, haqlı tələbini qan içində boğmaq cəhdi idi: “Ona görə də Azərbaycan xalqının tam haqqı var ki, əlləri qanına bulaşmış qatillərini, xüsusilə Mixail Qorbaçovu məhkəməyə versin. Dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı törədilmiş kütləvi terror da var. Qarabağ münaqişəsi də 20 Yanvar cinayətinin davamı oldu. Xalqı buna qiymət verilməsini tələb etməlidir”.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










