Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Rusiya avtomobil şirkətləri Azərbaycanın işğaldan azad edilmiş bölgələrinin tranzit potensialına diqqət yetirməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası ilə görüşdə bildirib.
“Hazırda orada infrastrukturun və magistral yollarının bərpası üzrə fəal iş aparılır, buna görə də xahiş olunur, bu perspektivli əraziyə daha yaxından nəzər salasınız, mənim fikrimcə, bu, iqtisadi cəhətdən faydalı olacaq”, – deyə S.Lavrov qeyd edib.
“Yaxın qonşuluğumuzun bu hissəsinin iqtisadi inkişafının Rusiyanın fəal iştirakı ilə davam etməsi çox vacibdir”, – deyə nazir vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











