
Sankt-Peterburqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı baş Konsulluğu tərəfindən təşkil olunan tədbirdə iştirak edən konsulluğun əməkdaşları, şəhər ictimaiyyətinin və diaspor nümayəndələri Qoroxovaya küçəsi, ev 6-da görkəmli siyasi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin şərəfinə ucaldılmış xatirə lövhəsinin önünə toplaşaraq barelyef önünə gül dəstələri qoyublar.
Mərasimdə çıxış edən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O, Qarabağ münaqişəsinin tarixindən ətraflı danışaraq qeyd edib ki, Azərbaycan rəhbərliyinin problemin sülh yolu ilə həlli üçün bütün səylərinə baxmayaraq, erməni tərəfi vəziyyəti diplomatik cəhətdən tam çıxılmaz vəziyyətə saldı. Belə bir şəraitdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı, nəticədə torpaqlarımız azad edildi. Azərbaycan xalqı, Azərbaycan Ordusu ölkənin suverenliyi və ərazi bütövlüyü naminə “dəmir yumruq” kimi birləşdi.
Sankt-Peterburqdakı Azərbaycan diasporunun nümayəndələri torpaqlarımızın işğaldan azad edilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycanın rəşadətli Ordusuna minnətdarlıqlarını bildiriblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











