
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan əsgər Fərid Məhərrəmovun xatirəsinə həsr edilən anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə nazirliyin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdən, bu Qələbənin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlığından və şəhid əsgərin həyatından danışıblar. Vurğulanıb ki, xalqımızın birliyi, həmrəyliyi, rəşadətli Ordumuzun əsgər və zabitlərinin igidliyi, Müzəffər Ali Baş Komandanın dəmir yumruğu sayəsində müqəddəs Vətən torpaqlarımız düşmən tapdağından azad olunub.
Sonra şəhidin xatirəsinə həsr edilən videoçarx təqdim edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Vətənimizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərək vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə əsgər Məhərrəmov Fərid Asif oğlu ölümündən sonra müxtəlif medallarla təltif olunub.
Şəhidin yaxınları da onun haqqında xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən musiqilər ifa ediblər.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










