Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bu qədər dağıntını görmək kədərlidir. Çünki bu dağıntıların arxasında insanların taleyi, yaşadıqları ağır günlər var. Digər tərəfdən, azad olunmuş ərazilərdə bərpa işləri sürətlə davam edir. Çoxlu investisiyaların yatırıldığının şahidi oldum.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Şuşada jurnalistlərə açıqlamasında Moldova parlamentinin sədri İqor Qrosu söyləyib.
Azərbaycan Prezidentinin Şuşanı “Azərbaycanın mədəniyyət paytaxtı” elan etdiyini və bunun şəhərin həyatında yeni mərhələ olduğunu bildirən İ.Qrosu deyib: “Şuşada olarkən bir çox muzeyləri, görməli yerləri ziyarət etdik. Şuşada mədəniyyət ab-havası, heyrətamiz təbiət var. Yəqin ki, məhz buna görə bu torpaq çoxlu istedadlar yetişdirib”.
İki ölkə arasında biznesin inkişafı ilə bağlı məsələlərin müzakirə edilməsi üçün görüşün keçiriləcəyini deyən moldovalı qonaq Azərbaycanın azad olunmuş kəndlərin bərpasında ən müasir yanaşma tətbiq edəcəyindən, “Ağıllı kənd və şəhər”lər quracağından xəbərdar olduğunu bildirib. O deyib: “Moldovanın informasiya texnologiyaları şirkətləri bu ərazilərdə özlərini sübut edə bilərlər. Bu, iki ölkənin iş adamları üçün çox yaxşı fürsət olacaq”.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










