Erməni silahlı bölmələri Ağdam rayonunda bayram öncəsi doğmalarının məzarlarını ziyarətə gedənləri atəşə tutublar.
Bu barədə APA-nın Qarabağ bürosuna yerli sakinlər məlumat verib. Ziyarətə gedənlərdən biri – Lətifə Qasımova bildirib ki, işğal altında olan Baş Qərvənd kəndinin qəbristanlığı qoşunların təmas xəttində yerləşir və atəş altındadır. Məzarlığın çox hissəsi ermənilər tərəfindən aydın müşahidə olunduğundan, atəşkəs dövründə həyatdan köçənlər əsasən məzarlığın bir hissəsində dəfn olunurlar. Müharibəyə qədər və müharibə dövründə dəfn edilənlərin məzarlarını ziyarət etmək demək olar ki, mümkün deyil.
Baş Qərvənd sakini İsrail Bağırov deyib ki, qəbristanlığın atəşə tutulması nəticəsində məzar daşlarına xeyli sayda güllə dəyib.

















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











