
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunub.
AZƏRTAC xəbər verir ki, çıxışlardan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hərbi orkestrlərin marşrutlar üzrə yürüşləri Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami kinoteatrı, Neftçilər prospekti, Azadlıq meydanı, AMAY ticarət mərkəzi; Şəhidlər xiyabanı, Alov qüllələri, İçərişəhər metrosu, Qala qapısı, Kukla Teatrı, “Azneft” dairəsi, Bəhram Gur heykəli; Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı; Zabitlər parkı, Milli Sirk, Heydər Əliyev Sarayı, Səməd Vurğun küçəsi, Neftçilər prospekti və Nərimanov heykəli, Mərkəzi park, Milli Dram Teatrı, Qış parkı, Heydər Əliyev Sarayı, Mərkəzi Bank istiqaməti üzrə keçirilib.
Orkestrlər hərbi vətənpərvərlik mahnıları, marşlar səsləndiriblər.
Hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhval-ruhiyyə yaradıb.
Qeyd edək ki, bu gün saat 19:00-dan 21:00-dək isə orkestrlərin nümunəvi çıxışları müəyyənləşdirilmiş altı yerdə – Heydər Əliyev parkı (Heydər Əliyev Sarayının qarşısı), “Azneft” dairəsindəki Bayraq meydanı, Muzey Mərkəzi (Bulvar fontanının qarşısı), Zabitlər parkı, Koroğlu parkı və Fəvvarələr meydanında olacaq.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










