
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları olub.
AZƏRTAC xəbər verir ki, hərbi orkestrlər müəyyənləşdirilmiş altı yerdə – Heydər Əliyev Parkı (Heydər Əliyev Sarayının qarşısı), “Azneft” dairəsindəki Bayraq Meydanı, Muzey Mərkəzi (Bulvar fontanının qarşısı), Zabitlər parkı, Koroğlu parkı və Fəvvarələr meydanında çıxışlar ediblər.
Orkestrlər hərbi vətənpərvərlik mahnıları, qələbə marşları, Azərbaycan və dünya bəstəkarlarının tanınmış müasir, estrada və klassik musiqi əsərlərindən parçalar səsləndiriblər.
Hərbi orkestrlərin ifa etdikləri musiqi əsərləri şəhər sakinlərinə və paytaxtımızın qonaqlarına xoş ovqat bəxş edib və böyük maraqla dinlənilib.
Qeyd edək ki, həmçinin hərbi orkestrlərin və hərbiçilərin beş marşrut üzrə nümunəvi çıxışları və yürüşləri təşkil olunub. Hərbi orkestrlər Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami kinoteatrı, Neftçilər prospekti, Azadlıq meydanı, AMAY ticarət mərkəzi, Şəhidlər xiyabanı, Alov qüllələri, İçərişəhər metrosu, Qala qapısı, Kukla Teatrı, “Azneft” dairəsi, Bəhram Gur heykəli; Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı; Zabitlər parkı, Milli Sirk, Heydər Əliyev Sarayı, Səməd Vurğun küçəsi, Neftçilər prospekti və Nərimanov heykəli, Mərkəzi park, Milli Dram Teatrı, Qış parkı, Heydər Əliyev Sarayı, Mərkəzi Bank istiqaməti üzrə yürüş ediblər.
Təyin olunmuş marşrutlar üzrə yürüş edən hərbi qulluqçular vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










