
“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsində uğur qazanan idmançılar mükafatlandırılıblar.
AZƏRTAC xəbər verir ki, Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında 21 kilometr məsafəyə fərdi ötüşmə növündə qalib gələn Azərbaycan millisinin və Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubunun üzvü Elçin Əsədova qızıl medalı Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev təqdim edib.
Qurumun vitse-prezidenti Robert Eyyubov isə idmançıya idman forması verib.
İkinci yeri tutan yığmanın digər velosipedçisi Musa Mikayılzadə gümüş, üçüncü pillədə qərarlaşan Rumıniyanın “Styaua” komandasının üzvü Kristian Tsvetkov isə bürünc medalla təltif ediliblər.
Qeyd edək ki, iyulun 10-da gerçəkləşəcək ikinci mərhələ Füzuli Beynəlxalq Hava Limanından start götürəcək və Şuşa şəhərindəki “Qarabağ” hotelinin qarşısında başa çatacaq. İdmançılar sonuncu yarış günündə 71 kilometr məsafəyə qrup ötüşməsində güclərini sınayacaqlar.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










