“Biz Dağlıq Qarabağ münaqişəsinin həllinin, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıyıq”
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Sputnik”, “Exo Moskvı” və “Qovorit Moskva” radiolarına müsahibəsində bildirib.
“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiya çox şey edir və bu istiqamətdə işləməkdə davam edirik ki, mürəkkəb olan bu münaqişənin düyünün açılması yolunu tapaq. Biz ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupu çərçivəsində işləyirik. Müntəzəm olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşürük. Bizim prezident də Azərbaycan və Ermənistan liderləri ilə görüşlərində bu məsələni müzakirə edir. Hər iki tərəf üçün məqbul olan əsası tapmağa imkan var. Ümid edirəm ki, bundan sonrakı əlaqələr bu problemin həllini tezləşdirəcək. Fikrimcə, artıq problemin həllinin vaxtı çoxdan yetişib”.
S. Lavrov Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun may ayında Moskvaya səfər edəcəyini də bildirib.

















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











