Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə döyüş növbətçiliyinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Laçın rayonunda Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən strateji əhəmiyyətli Üçdik yüksəkliyində döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib.
Burada şəxsi heyətin gecə və gündüz nümunəvi xidmət etməsi, döyüş qabiliyyətinin və döyüşə hazırolma vəziyyətinin daim yüksək səviyyədə saxlanılması məqsədilə bütün zəruri tapşırıqlar icra olunur.
Azad olunmuş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili istiqamətində həyata keçirilən kompleks tədbirlər davam edir.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










