
İstifadə olunmuş plastikləri təkrar emala yönləndirmək və ətraf mühitə təsirini azaltmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Coca-Cola şirkəti və “ASAN Könüllüləri” ilə birgə keçirdiyi “Təmiz ölkəm” layihəsi çərçivəsində 8 ay ərzində ümumilikdə 17 min 480 kiloqram plastik toplanaraq təkrar emal müəssisələrinə göndərilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, Bakı şəhərinin müxtəlif yerlərindən 85-dən çox tərəfdaş layihəyə cəlb edilib və əməkdaşlıq davam etdirilir.
Nazirlik rəsmisinin sözlərinə görə, hazırda Bakının iri ticarət mərkəzlərindən olan “Gənclik Mall”, “Dəniz Mall”, təhsil müəssisələrindən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, “CinemaPlus” və “Park Cinema” kinoteatrlarının dəstəyi ilə həmin sahələrdəki ictimai-iaşə obyektlərinə və ticarət mərkəzlərinin müvafiq yerlərinə istifadə olunmuş plastik tullantıların toplanması üçün qutular yerləşdirilib, həmçinin insanların maarifləndirilməsi üçün müxtəlif məlumatlandırıcı vasitələr paylanılıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










