
Sentyabrın 14-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin humanitar və mədəniyyət sahələri üzrə fikir mübadiləsi aparıb, ikitərəfli və regional əsaslarda müvafiq tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.
Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış gərginlik barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın Ermənistana birtərəfli qaydada humanitar atəşkəs təklif etdiyi, vəziyyətin gərginləşməsinin və sabitliyin pozulmasının ölkəmizin marağında olmadığını diqqətə çatdırıb.
Xüsusi nümayəndə Mixail Şvıdkoy öz növbəsində toqquşmaların dayanacağına ümidvar olduğunu bildirib. Humanitar və mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafına, etimad quruculuğu tədbirlərinə dəstək göstərməyə daim hazır olduğunu qeyd edib.
Görüş zamanı, digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










