
İtaliyanın “Agenzia Nova” informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında işğaldan azad olunan ərazilərdəki mina problemi ilə bağlı səsləndirdiyi fikirlərə yer verib.
AZƏRTAC xəbər verir ki, yazıda Prezident İlham Əliyevin Azərbaycanın dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasında olduğunu bildirdiyi, ilkin hesablamalara görə, Ermənistanın işğal zamanı bir milyondan çox mina basdırdığını vurğuladığı qeyd olunub. Prezident İlham Əliyevin çıxışı zamanı beynəlxalq mütəxəssislərin hesablamalarına istinad etdiyi, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazım olduğunu bildirdiyi vurğulanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










