
Oktyabrın 20-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Birgə Bəyanatı qəbul edilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək Şuşanın Azərbaycan tarixində rolundan və yerindən danışıb.
Sonra çıxış edən Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderləri 44 günlük Vətən müharibəsində qazanılan Zəfər münasibətilə dövlətimizin başçısı və xalqımızı təbrik edib, Şuşanın Azərbaycan və türk dünyası üçün əhəmiyyətini vurğulayıblar.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











