
Rusiya hesab edir ki, oktyabrın 31-də Soçidə olacaq üçtərəfli sammit Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmasına gedən yolda irəliləyişə imkan verəcək.
AZƏRTAC xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bu fikri jurnalistlərlə söhbətində bildirib.
O deyib: “Mənim fikrimcə, sabahkı Soçi görüşündə bütün məsələlərə toxunulacaq. Ümid edirik ki, bu görüş bir sıra məsələlər barədə, o cümlədən sülh müqaviləsinin imzalanması yolunda irəliləməyə imkan verəcək”.
A.Rudenko ilin sonuna kimi sülh müqaviləsinin imzalanmasının ehtimalı haqqında Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərini şərh edərək deyib: “Görünür, onun belə danışması üçün hansısa əsasları var”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










