Yanvarın 31-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu qətiyyətlə pisləyib, səfirlik əməkdaşının qətlə yetirilməsi ilə bağlı başsağlığı ifadə edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq hüququn normalarının, o cümlədən “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası”nın kobud pozuntusu olan bu aktı şiddətlə qınayan Baş katib Xusrav Noziri cinayətkarın qısa müddət ərzində məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu bildirib.
Dəstəyə görə həmsöhbətinə təşəkkür edən nazir Ceyhun Bayramov səfirliyimizin bir əməkdaşının həyatını itirməsi, iki nəfərin isə yaralanması ilə nəticələnən bu xain terror aktını törədənlərin və onların havadarlarının ədalət qarşısında cavab verməsi üçün tərəfimizdən bütün lazımi tədbirlərin görüləcəyini qeyd edib. Bu cür hücumların qarşısının alınması üçün qəbul edən tərəfin öhdəliyə malik olduğunu vurğulayıb.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










