
Bu gün Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatına yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, çempionatın sonuncu günündə gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər üzrə final yarışlarında çıxış edəcəklər. Qrup hərəkətləri komandaları isə beş halqa, üç lent və iki topla finalda güclərini sınayacaqlar.
Ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova, qrup hərəkətləri yarışlarında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət kollektiv təmsil edəcək.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.
Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










