
Gəncə şəhəri MDB ölkələrinin üçüncü Oyunlarına ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini Mariana Vasileva bildirib.
“Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhəri olan Gəncədə bu məqsədlə yeni müasir kompleks tikilir. Bölgələrdə yarışların keçirilə biləcəyi fikri xoşumuza gəldi. Şurada format müzakirə olunacaq. İstənilən ölkə daha çox inkişaf etmiş idmana önəm verir. Düşünürəm ki, biz əsas Olimpiya idman növlərinə və bütün ölkələr üçün ənənəvi qeyri-olimpiya idman növlərinə diqqət yetirəcəyik”, – deyə nazir müavini qeyd edib.
Qeyd edək ki, III MDB Oyunlarının 2025-ci ildə keçirilməsi planlaşdırılır.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










