Qərbi Azərbaycan İcması son günlər Ermənistanda özlərinə “Səlibçilər” adı vermiş bir qrup caninin İrəvanın mərkəzində “Laçın yolunu güc yolu ilə açmaq üçün silah verin” tələbi ilə aksiya keçirməsini, daha sonra həmin şəxslərin Azərbaycanın məcburi köçkünlərin yenicə qayıtmağa başladığı Laçın rayonu istiqamətində sərhədə gələrək təxribat törətmək barədə açıqlamalarını pisləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatında bildirib.
“Qərbi Azərbaycan İcması hesab edir ki, keçən il revanşist Ermənistan müxalifətinin minlərlə insanın iştirakı ilə “Türksüz Ermənistan” şüarı ilə İrəvanda keçirdiyi irqçi aksiyalara beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiya verilsəydi, bu gün Ermənistanda bəlkə də belə əməllər təkrarlanmazdı.
Qərbi Azərbaycan İcması Ermənistan cəmiyyətində revanşistlərin keçmiş münaqişəyə dini rəng verməsini yolverilməz hesab edir və beynəlxalq ictimaiyyəti, o cümlədən BMT-ni, onun xüsusi məruzəçilərini, Avropa İttifaqını, onun Ermənistandakı missiyasını, Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətinə tez-tez səfər edən ölkələrin səfirlərini, Avropa Şurasını, beynəlxalq qeyri-hökumət təşkilatlarını bu kimi təxribatçı, ksenofob, Azərbaycanafob əməlləri pisləməyə çağırır”, – deyə İcmanın bəyanatında vurğulanıb.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










