
“Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyi (TÜİB) və “YAŞAT” Fondunun birgə təşkilatçılığı “Azərbaycan Hava Yolları” QSC-nin və Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin dəstəyi ilə “Ay Yıldız Kampı” layihəsi çərçivəsində İstanbul və Çanaqqalada təşkil olunan yay düşərgəsinə göndərilən azərbaycanlı şəhid övladları Çanaqqalada 30 Avqust Zəfər Bayramı münasibətilə həyata keçirilən hərbi paradda hərbçilərdən sonra yürüş ediblər.
Bu barədə AZƏRTAC-a TÜİB-dən məlumat verilib.
Bildirilib ki, bayram tədbirinə rəng qatan azərbaycanlı gənclər tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Tədbirdən sonra Çanaqqala valisi İlhami Aktaş gənclərlə söhbət edib, xatirə şəkli çəkdirib.
Qeyd edək ki, düşərgədə şəhidlərimizin 16-18 yaş aralığında olan, ali məktəblərə qəbul imtahanında iştirak etmiş 15 nəfər oğul övladı iştirak edib.
Düşərgənin təşkilində məqsəd gənclərin mədəniyyət və təcrübə mübadiləsində iştirakı, yeni dostluqların qurulması və beynəlxalq mühitin öyrənilməsi olub.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










