
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə “Abşeron” yatağında hasilatın başlanılması vurğulandı və layihənin parametrləri barədə dövlətimizin başçısına ətraflı məlumat verildi. Qeyd edildi ki, hasilat quyusu ən məhsuldar və ən aşağı karbon tullantılarına malik quyudur. Bu da yatağın potensialının zənginliyinin və perspektivinin aydın göstəricisidir.
Söhbət zamanı “Total Energies” şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən “Abşeron” yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparıldı, şirkət tərəfindən layihələrdə iştirakla bağlı maraq ifadə olundu. Ölkə ərazisində, o cümlədən Naxçıvanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi perspektivi və potensialı müzakirə edildi.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











