Oktyabrın 12-də Milli Məclisin xüsusi iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul olunub.
Bəyanatı deputat Hikmət Babaoğlu səsləndirib.
Bəyanatda bildirilir ki, Azərbaycanı dinamik inkişaf yoluna çıxaran Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ili tamam olur. Dövlətimizin başçısı ötən müddətdə ölkəmizin sabitliyini təmin etməklə bərabər, onun dayanıqlılığını təmin edib, ən əsası Azərbaycanın tam suverenliyi bərpa edilib.
Sənəddə, həmçinin qeyd olunur ki, hər bir azərbaycanlının prezidenti olmağı bacaran Prezident İlham Əliyev ölkəmizin dünyada nüfuzunun daha da artmasına nail olub. Azərbaycan dilinin, adət-ənənələrimizin qorunub saxlanılması, dünya azərbaycanlılarının hüquqlarının qorunması diqqətdə saxlanılır.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










