Ermənistan tərəfindən konkret təkliflər gözləyirik. Sülh müqaviləsi deyəndə, Ermənistan hələ də regiondan kənara baxır. Amma əslində, bu ölkənin baxmalı olduğu Cənubi Qafqaz regionudur. Üçüncü tərəfin gündəliyini bu regiona daşımaq yanlış addımdır. Ermənistan normallaşma istiqamətində danışıqları irəli aparmalıdır. Beləliklə, top Ermənistanın qapısındadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yerli və xarici jurnalistlərə açıqlamasında söyləyib.
Regionda kommunikasiya xətlərinin bağlı qalmasının məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü vurğulayan Hikmət Hacıyev deyib: “Azərbaycanın və qardaş Türkiyənin qənaəti həmişə bundan ibarət olub ki, Ermənistan ölkəmizə qarşı ərazi iddialarından əl çəkdiyi təqdirdə, qardaş ölkə onun üçün sərhədləri aça bilər. Ermənistan regionda müsbət siyasət yürüdəcəyi halda bu, mümkündür. Azərbaycan və Türkiyə paralel qaydada münasibətlərin normallaşmasını hər zaman dəstəkləyib. Ermənistan regionun potensialını dəyərləndirməyi bacarmalıdır”.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










