
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi.
Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyətini vurğulayan dövlət başçıları bu münasibətlə bir-birinə təbriklərini çatdırdılar.
Söhbət zamanı Solidarity Ring təşəbbüsünün əhəmiyyətinə toxunularaq, bu layihənin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi və ölkəmizin Avropanın qaz təchizatının təmin olunması işinə verdiyi töhfə baxımından önəmi bir daha qeyd edildi.
Dövlətimizin başçısı Bolqarıstan Prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










