Bu ilin mayında Azərbaycanda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin toplantısı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” forumunda çıxışı zamanı deyib.
O bildirib ki, AQC təşəbbüskar olaraq Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunmasında iştirak edib.
“Ötən il Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti üçün əhəmiyyətli illərdən olub. Uzun illərdir ki, ölkədə qiymətləndirmə sektorunu AQC tənzimləyib. Forumun məqsədi maliyyə hesabatlılığını, şəffaflığı yeni dövrün çağırışları sırasında bir daha vurğulamaqdır. Biz ötən ilin sonunda Auditorlar Palatası ilə müqavilə imzalamışıq. Bu çox gözəl ənənədir. Digər qurumları da bu istiqamətdə cəlb etməliyik”, – deyə V.Oruc diqqətə çatdırıb.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










