Azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə edilməsinin layihələndirilməsi prosesi başa çatıb. Bu gündən etibarən layihələrin sahədə birbaşa icrası nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında layihə icraçısı, “Promor” MMC-nin direktoru Həsən Bəkirov deyib.
Layihə çərçivəsində azad edilmiş ərazilərdə 7 poliqon və iki ötürücü məntəqənin layihələndirildiyini deyən H.Bəkirov fikirlərinə belə davam edib: ” Bu proses vasitəsilə bütün tullantıların idarə olunması, zərərsizləşdirilməsi nəzərdə tutulub. Bütün poliqonların tutumunun 50 min kubmetr olması planlaşdırılıb.
Həmçinin mövcud tullantı sularının və bioqazların idarə olunması da diqqətə alınıb. Belə ki, hər ikisi təhlükəsiz formada təbiətə ötürüləcək. Tullantı sularının idarə olunması üçün ümumilikdə hər bir poliqon ərazisində filterizasiya blokları quraşdırılacaq. Həmin bloklar vasitəsilə bütün sular qəbul olunacaq, filtr olunacaq və suvarma məqsədilə əkin sahələrinə ötürüləcək”.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










