
Fevralın 5-i gündüzdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-25 metrə çatacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 6-sı gündüz isə qısa müddətə şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25 metrədək güclənəcəyi proqnozlaşdırılır.
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 6-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə – Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusarda intensivləşəcəyi ehtimalı var.
Fevralın 4-ü gündüz və fevralın 5-də əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin sürətinin saniyədə 15-18, arabir 20-25 metr olacağı, fevralın 6-da isə bəzi yerlərdə arabir 30-35 metrədək güclənəcəyi gözlənilir.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










