
Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) fevralın 7-də keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək tələbələrin iştirakı ilə “Gənc Seçici Forumu 2024” tədbiri keçirilib.
ATGTİ-dən AZƏRTAC-a verilən məlumata görə, məqsədi gənclərin səsvermə hüququndan fəal istifadə etmələrini təbliğ etmək olan tədbirdə ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbə gənclər tanınmış şəxslərin iştirakı ilə panel müzakirələrdə iştirak edib, seçkilərdə iştirakçılığın vacibliyi və seçki hüquqları barədə məlumatlandırılıblar.
Tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər dövlət gənclər siyasətinin mahiyyətini vurğulayaraq gənclərə gələcək karyeralarında uğurlar arzulayıblar. Mərkəzi Seçki Komissiyasının nümayəndəsi gəncləri seçki hüququnu reallaşdırmaqdan irəli gələn prosedur qaydaları ilə tanış edib, onların suallarını cavablandırıb.
Görüşə qatılan tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir, həmçinin “Səs Azərbaycan” yarışmasının qalibi Nadir Rüstəmli öz gənclik illərində keçdikləri yoldan və qazandıqları uğurlardan bəhs edərək, gəncləri çalışqan olmağa və öz qarşılarına qoyduqları məqsədlərə doğru irəliləməyə həvəsləndiriblər.
Tədbirin sonunda 18 yaşı fevralın 7-də tamam olacaq tələbə gənclər üçün xüsusi hazırlanmış doğum günü tortu kəsilib, onların özləri və həmyaşıdlarının seçkidə aktiv olmalarına çağırış edilib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










