Ağdamın Baş Qərvənd kəndində “ağıllı kənd” layihəsi icra olunacaq. Layihənin icrası Slovakiyalı mütəxəssislərlə birgə aparılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev “Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, 2026-cı ilə qədər Qarabağ iqtisadi rayonu üzrə Ağdamda bir şəhər 12 kənd, Füzulidə 1 şəhər, 10 kənd, Xocavənd, Hardrut qəsəbəsi, Tuğ və ətraf kəndlər layihələndirilərək bir qisminin artıq başlanan tikinti işləri davam etdiriləcək, digər hissəsində isə layihə işləri tamamlanacaq.
“Hazırda Ağdamda 3 kəndin inşası gedir. Bunlar Sarıcalı, Xıdırlı və Kəmgərli kəndləridir. Cari ilin sonuna kimi işlərin ikinci mərhələsinin yekunlaşdırılması nəzərdə tutulub. 2025-ci ildə isə həmin əraziyə əhalinin köçürülməsi planlaşdırılıb. Növbəti ay Ağdamda bir yaşayış məhəlləsinin də inşasına başlanılması nəzərdə tutulub. Burada təkcə yaşayış yerləri deyil, digər infrastruktur işləri də paralel davam etdirilir”, – deyə Bəşir Hacıyev bildirib.
















Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb











