
Fevralın 22-də Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası keçirilir.
AZƏRTAC xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-a yaxın dövlətin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin parlamentinin spikeri təmsil olunur.
Plenar sessiyanın gündəliyinə Büronun seçilməsi, sədrliyin Azərbaycana verilməsinin təsdiqlənməsi, İcraedici Şuranın sədrinin hesabat məruzəsi, APA-nın növbəti vitse-prezidentlərinin namizədliyinin təsdiqi, APA-da müşahidəçi statusunun təqdim edilməsi və digər məsələlər daxildir.
Qeyd edək ki, 2023-cü ilin noyabrında APA-nın İcraedici Şurasının Türkiyənin Antalya şəhərində keçirilən iclasında Azərbaycan qurumun 2024-2025-ci illər üzrə sədri seçilib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










