
“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar fevralın 26-dan başlayaraq Meksika, Kolumbiya və Perunun paytaxt şəhərləri Mexiko, Boqota və Limanın mərkəzi küçələrində yerləşən böyük və orta ölçülü lövhələrdə “Xocalıya ədalət” çağırışları əks olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Lövhələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin təsviri, “Xocalı soyqırımı 32 il”, “Xatırlayırıq”, “Azərbaycana qarşı cinayət” şüarları və “Xocalıya ədalət” kampaniyasının rəsmi internet səhifəsi təsvir olunub.
Adıçəkilən şəhərlərin sakinləri lövhələrdə yer almış “Xocalıya ədalət” kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırımı haqda ətraflı məlumat əldə edə bilir. Elektron lövhələr bir neçə gün ərzində nümayiş etdiriləcək.
















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











