İşğaldan azad olunan Zəngilanda həyat yenidən canlanır. İllərdir Vətən həsrəti ilə yaşayan Ağalı sakinləri artıq bayramları öz doğma kəndində qarşılayır. Bu gün isə sakinlər Ağalıda Yel çərşənbəsinin tonqalını alovlandırıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağalı kəndində Yel çərşənbəsi də yaddaqalan keçib. Yel çərşənbəsində keçəl və kosa uşaqlara əyləncəli anlar yaşadıb, öz boxçalarından onlara şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar hədiyyə ediblər. Həmçinin yumurta döyüşdürüb, digər oyunlar oynayıblar.
Kəndin mərkəzində Yel çərşənbəsinin tonqalı alovlandırılıb, yallı və şən musiqi sədaları altında rəqslər olub.
Qeyd edək ki, Böyük Qayıdış layihəsi çərçivəsində Ağalıda 175 ailə olmaqla, 871 nəfərin məskunlaşması təmin olunub.
















Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb










