
Bakı Mühəndislik Universitetində (BMU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kütləvi ağacəkmə aksiyası keçirilib.
BMU-dan AZƏRTAC-a bildirilib ki, aksiya ekosistemin, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda, ekoloji mədəniyyətin təbliği və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqsədi daşıyıb. Aksiyada BMU-nun rektoru Yaqub Piriyev, universitetin struktur rəhbərləri, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Aksiya zamanı Abşeron yarımadasının təbiəti, iqlimi və relyefinə uyğun olaraq universitet ərazisində 2000-dən artıq müxtəlif növ ağac əkilib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










