
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsəlman din xadimləri məsciddə namaz qılıb, şəhidlərin ruhuna dualar oxuyublar.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə nümayəndə heyətinə ermənilərin mədəni, tarixi, dini abidələrə qarşı həyata keçirdikləri vandalizm barədə məlumat verib. Bildirilib ki, işğal edilən bütün ərazilərdə olduğu kimi, Şuşada da abidələr, o cümlədən məscidlər dağıdılıb, təhqir edilib.
Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Yuxarı Gövhər Ağa məscididir. Şuşa şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin diqqət və qayğısı ilə məsciddə yenidənqurma və bərpa işləri həyata keçirilib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










