
Nüfuzlu “FourFourTwo” nəşri dünyanın ən yaxşı stadionlarının reytinq cədvəlini yeniləyib.
AZƏRTAC xəbər verir ki, 100 arenanın yer aldığı siyahıda Bakı Olimpiya Stadionu da var. 2015-ci ildə istifadəyə verilən arena 41-ci pillədə qərarlaşıb.
Siyahıya Argentinada yerləşən ” La Bombonera” stadionu başçılıq edir. İkinci sırada Braziliyanın “Marakana” stadionu yer alıb. İlk “üçlüy”ü isə Almaniyanın “Borussiya Dortmund” komandasının matçlarına ev sahibliyi edən “Siqnal İduna Park” tamamlayıb.
Qeyd edək ki, 69 870 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionu Azərbaycanın ən böyük arenasıdır.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










