
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “3 iyun Ümumdünya Velosipedçilər Günü” ilə əlaqədar ilə Abşeron Milli Parkında velomarafon keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Pirallahı Tibb Mərkəzi əməkdaşlarının iştirakı, Həmkarlar İttifaqı Komitəsinin və Abşeron Milli Parkının dəstəyi ilə keçirilən veloyürüşə 50-dən artıq TƏBİB əməkdaşı qoşulub.
Ekoloji təmiz nəqliyyat növlərindən istifadəni təşviq etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək, insanlara sağlam həyat tərzini aşılamaq, eyni zamanda, ekoturizmi təbliğ̆ etmək məqsədilə keçirilən veloyürüşdə iştirakçılar 12 kilometr məsafə qət ediblər.
Tədbirin sonunda velomarafon iştirakçıları sertifikat və hədiyyələrlə təltif olunub.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










