
Şuşa şəhərində “By Youth For Youth” (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, hazırda tədbirin açılış mərasimi keçirilir. Ardınca yüksək səviyyəli panel müzakirələr olacaq.
Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlif ölkələrin yüksəkvəzifəli şəxsləri, qonaqlar və ICESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.
Forumun məqsədi İslam Dünyası gənclərinin sülh yaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.
Qeyd edək ki, forum 26-27 iyunda Bakı şəhərində davam edəcək. Paytaxtda gənclərin iştirakı ilə panel müzakirələr, təqdimatlar keçiriləcək. Dünyanın dörd qitəsindən gələn iştirakçılar Azərbaycanın zəngin multikultural tarixi və mədəniyyəti, ali təhsil müəssisələri ilə tanış olacaqlar.
Bu tədbir Azərbaycanın müxtəlif regionlarla xoş məqsədli əlaqələrinin genişləməsində gənclərin iştirakının artmasına töhfə verəcək.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











