
BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya gəlməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Quterreş TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanla eksklüziv müsahibəsində bildirib. O, konfransda iştirak etmək planları ilə bağlı suala cavab verərkən deyib ki, COP konfranslarında həmişə iştirak edir.
“Gözləyirəm ki, bu konfrans, uçuruma doğru getdiyimizi qlobal surətdə etiraf etmək baxımından dəyişiklik anı olacaq”, – deyə Baş katib əlavə edib.
COP29 bu ilin noyabrında Bakıda keçiriləcək.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










