
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Serbiyanın Azərbaycandakı hərbi attaşesi polkovnik Mile Çelikoviçlə görüş keçirib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın üzləşdiyi mina problemi, ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi, Agentlik tərəfindən həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti və ölkəmizdə mina fəaliyyətinin tədrisi üçün yaradılacaq “Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzi” haqqında qonağa məlumat verilib.
Görüş zamanı ölkəmizdə icra edilən humanitar minatəmizləmə fəaliyyətinə Serbiya tərəfindən mümkün dəstəyin göstərilməsi üzrə fikir mübadiləsi aparılıb.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










