“Bizim qoşunların Azərbaycanı tutmasından bir qədər sonra mənim hüzuruma Rusiyaya köçürülməyə icazə üçün erməni və bu vilayətdəki başqa məzhəbə qulluq edən xristianlardan olan deputatlar gəlməyə başladılar; Boş qalmış torpaqlara bu itaətə alışmış və din baxımından da bizə sadiq olan insanların köçürülməsindəki mənfəəti anlayaraq mən bu deputatları yaxşı qarşıladım, əzizlədim və İmperator həzrətlərinin lütfkar mərhəmətli himayəsi sarıdan xatircəm etdim və evlərinə buraxdım ki, gedib köçməyə hazırlaşsınlar.
Köçkünlərin İrəvan və Naxçıvan vilayətlərindəki sonrakı hərəkətləri, onlara bu vilayətlərdə məskunlaşma ərazilərinin seçilməsi və nəhayət, yeni köçkünlərin yerləşdirilməsi zamanı mümkün yardımın göstərilməsi üçün mən İrəvan müvəqqəti idarəsinə, bu idarənin rəhbərliyi altında İrəvan və Naxçıvan vilayətlərinə köçən xristianlara aid bütün işlərə və sərəncamlara rəhbərlik edəcək Xüsusi Komitə təsis etmək üçün göstəriş verdim.
Həm köçürülmə zamanı, həm də məskunlaşma zamanı pul müavinətinə zəruri ehtiyacı olan tamamilə kasıb ailələrə, mən borc olaraq yardım edilməsini qərara aldım və göstəriş verdim ki, bu tələbatlar üçün və ümumiyyətlə, xristianların köçürülməsinin məsrəflərini qarşılamaq üçün İran hökumətindən traktat üzrə alınan məbləğdən 50 min rubl gümüş pul ayrılsın…”
Əlahiddə Qafqaz korpusunun komandiri, general-adyutant Paskeviçin Baş Qərargah rəisi Dibiçə 1828-ci il 3 mart tarixli raportundan
Mənbə: Qafqazda “erməni məsələsi”. Rusiya arxiv sənədləri və nəşrləri üzrə (Ön söz: Tale Heydərov. Tərtibçi-müəlliflər: T.K.Heydərov, T.R.Bağıyev, K.K.Şükürov). Üç cilddə. Birinci cild. 1724-1904. Bakı: “Elm” nəşriyyatı, 2010, s.7-8.
http://newtimes.az/

















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











