
Dövlət tərəfindən informasiya təhlükəsizliyinə məsul qurum olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti COP29-un idarəetmə mərkəzi ilə birgə informasiya təhlükəsizliyinin gücləndirilməsi və kiberhücumların qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirir və nəzarəti gücləndirir.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, xidmət tərəfindən hazırda COP29 tədbiri ilə bağlı müxtəlif hədəfli saxta resursların yaradılması müşahidə olunur, onlardan bir qismi informasiya manupulyasiyasına hədəflənmiş resurslar olsa da, bir çoxu kiberdələduzlar tərəfindən yaradılmış saxta resurslardır. Belə ki, kiberdələduzlar qeydiyyat, eləcə də tədbir çərçivəsində müxtəlif iş yerlərinin açılması ehtimalından sui-istifadə edərək, müxtəlif biznes və məşğulluqyönümlü platformalarda COP29-la bağlı açılan iş yerləri barədə sosial şəbəkələrdə saxta məlumatlar yerləşdirməkdədirlər.
Bu günə qədər COP29-un təhlükəsizlik idarəetmə mərkəzi ilə birgə 15 saxta informasiya resursu aşkarlanıb və ölkə üzrə bloklanması təmin edilib.
“Vətəndaşları yalnız rəsmi mənbələr tərəfindən verilən məlumatlara inanmağa çağırır, müxtəlif sosial şəbəkələrdə yayılan saxta və yalan məlumat əsaslı kampaniyalara qarşı diqqətli olmağa səsləyirik”, – deyə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










