
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışda 10 komanda mübarizə aparıb. Ən yaxşı nəticəyə “Ferrari”nin monakolu pilotu Şarl Lekler imza atıb.
“McLaren”in avstraliyalı sürücüsü Oskar Piastri ikinci, “Ferrari”nin digər üzvü ispaniyalı Karlos Sayns üçüncü olub.
Bu gün təşkil olunan üçüncü sərbəst yürüşdə “Mercedes”in britaniyalı pilotu Corc Rassell, ötən gün keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə isə “Ferrari”də çıxış edən monakolu Şarl Lekler birinci olublar.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










