
Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən söz açıblar. Bu qanlı cinayəti törədənlərin cəzalandırılmasının zəruriliyi vurğulanıb.
Xocalı soyqırımını əks etdirən sənədli filmlər nümayiş olunub.Sonda rəsədxananın əməkdaşları Şamaxı rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə güllər düzüblər.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










